Yeraltı qaz anbarları qışa hazırdır

post-img

Cari ilin ötən dövründə payız-qış mövsümünə hazırlıq çərçivəsində Azərbaycanın yeraltı anbarlarına 2 milyard kubmetrədək qaz vurulub. 

Bu barədə SOCAR-ın “Azəriqaz” İstehsalat Birliyinin rejimlərə nəzarət və mərkəzi dispetçer şöbəsinin rəisi Rasim Əhmədov media nümayəndələri ilə keçirilən görüş zamanı bildirib. Onun dediyinə görə, bu da payız-qış mövsü­mündə temperaturun kəskin dəyişməsi zamanı tələbata uyğun olaraq istehlak­çıları “mavi yanacaq”la fasiləsiz təmin etməyə imkan verəcək. 

Xatırladaq ki, Azərbaycanda fəaliy­yət göstərən Qaradağ və Qalmaz ye­raltı qaz anbarlarının tutumu 3,34 mil­yard kubmetr təşkil edir. Bunun da 1,89 milyard kubmetri Qaradağ, 1,45 mil­yard kubmetri isə Qalmaz anbarlarının payına düşür. Payız-qış mövsümündə istehlakçıların fasiləsiz qaz təminatı məqsədilə ötən il yeraltı qaz anbarla­rında 3,1 milyard kubmetrdən çox qaz ehtiyatı yaradılıb.

XQ

İqtisadiyyat