Azərbaycana kərə yağı və süddən hazırlanmış digər yağların idxalı həm miqdar,həm də dəyər ifadəsi ilə azalıb.
Ölkəyə gətirilən süd məhsullarının azalması iqtisadiyyatda hanı dəyişikliklərə səbəb ola bilər və ciddi qıtlıq yaranması gözlənilirmi?
Mövzu ilə bağlı Xalq TV-ə açıqlama verən iqtisadçı ekspert Murad Cəlalov bildirdi ki, ölkədə olan yağ məhsullarının idxalı daha ucuz başa gəlirsə, o zaman ölkə idxalı azalda bilər. Yaxud da makro-iqtisadi baxımından yanaşsaq , burada beynəlxalq ticarət əsas rol oynayır.
“İqtisadiyyatda hər hansı bir addım atılırsa, bunun pozitiv və neqativ tərəflərinə baxmaq lazımdır. Bununla bağlı makro və mikro-iqtisadi yanaşma etmək lazımdır. Əgər ölkədə hər hansı bir məhsulun idxal prossesi aşağı düşürsə, bu, iki baxımdan ola bilər, fəslin dəyişməsi, bu, tək bizim ölkə ilə bağlı deyil, digər iqlim qurşağında olan ölkələrdə də eyni hallar baş verir, yem məhsullarının miqdarı azalır, belə olduğu halda son nəticə ümumi qiymət artmasına gətirir.
Bu prosesi müsbət olaraq dəyərləndirsək, ölkədə olan yağ məhsullarının idxalı daha ucuz başa gəlirsə, o zaman ölkə idxalı azalda bilər. Yaxud da makro iqtisadi baxımından yanaşsaq, burada beynəlxalq ticarət əsas rol oynayır. Bir nüansı vurğulayım ki, ölkəmizin işğaldan azad olunmuş torpaqlarında intensiv sürətdə yenidənqurma işləri gedir, bu da kənd təsərüffatı məhsullarının inkişafında əsas rol oynayacaq. Bu o deməkdir ki,istər maldarlıq,istər meyvə -tərəvəz istehsalı sahəsində olan kənd təsərrüfatı daha da inkişaf etmiş olacaq və bununla da ölkəyə gətirilməsi istehsalı azalacaq. Öz şəxsi istehsal sahəmizi quracağıq və hətta onun ixracını da təşkil edə biləcəyik.
Ölkədə müsbət hallar baxımından azalmalar ola bilər. Avropada inkişaf etmiş ölkələrdə xüsusi ilə Almaniyada COVİD-19 ilə bağlı olaraq sərhədlərin bağlanması, Rusiya Ukrayna müharibəsinə görə ölkədə duru yağ məhsullarında qıtlıq yarandı.
Ondan sonra da qiymətlərdə inanılmaz artımlar oldu, belə hallar hər bir ölkədə gözləniləndir.
Hazırkı vaxtda bizdə qıtlığın gözlənilməsi məqsədə uyğun deyil, bir də statistikaya nəzər salsaq, görərik ki, məsələn 2022-ci ildə Azərbaycan yüz səkkiz milyon dollar dəyərində, on səkkiz min ton kərə yağı və süddən hazırlanmış diğər yağlar idxal edib. 2021-ci il ilə müqayisədə süddən hazırlanmış digər yağların dəyər ifadəsində təqribi olaraq 37 %, miqdar ifadəsində isə 23 % artıb.
Yəni 2021-2022 illərin müqayisəsində idxalda artım olub, amma qiymətlərə nəzər salsaq görərik ki, bir ton kərə yağının orta idxal qiyməti, 2021-ci ildə beş min iki yüz qırx beş dollar idisə, 2022-ci ildə bu beş min səkkiz yüz iyirmi səkkiz dollara qədər yüksəlib.
Qeyd etdiyim kimi, qiymət artımlarına və onun daşınma xərclərinə, fəsil dəyişkənliyinə görə idxal və qiymət artımı daha yüksək olduğu üçün ölkədə istehsal təmin olunacaq".
Ayşən Azadova