ABŞ-ın Federal Ehtiyat Sistemi (FED) noyabr ayı üçün faiz qərarını açıqlayıb.
XQ xarici mediaya istinadən xəbər verir ki, ABŞ FED-i faiz dərəcəsi artımını dəyişməyərək 5,25% - 5,5% hədəf arasında saxlayıb.
Belə ki, FED bazarın gözləntilərinə uyğun olaraq faiz siyasətini dəyişməyərək, 22 ilin ən yüksək səviyyəsi olan 5,25-5,50 faiz həddində sabit saxlayıb.
Federal Açıq Bazar Komitəsi (FOMC) inflyasiyanın yüksək olaraq qaldığını qeyd edib. Komitənin 12 üzvünün hamısı bu addımın lehinə səs verib.
Qeyd edək ki, ötən ilin iyun ayında 9,1%-ə yüksəldikdən sonra illik istehlak inflyasiyası bu iyun ayında 3%-ə düşsə də, avqustda 3,7%-ə yüksəlmişdi.
Ayşən Azadova