"Xəzri" iki qələbə qazanıb

post-img

Azərbaycan Basketbol Federasiyasından XQ-yə bildirilib ki, "Sərhədçi" İdman Mərkəzində Azərbaycan Basketbol Liqasının (ABL) ikinci turunun açılış oyunu baş tutub.

Bildirilib ki, ilk turda qələbə qazanmış "Xəzri" region təmsilçisi "Gəncə" ilə qarşılaşıb. Qarşılaşma paytaxt klubu "Xəzri"nin 93-76 hesablı qələbəsi ilə yekunlaşıb.

 Ən məhsuldar basketbolçular: "Xəzri" (Endryu Platek - 19 xal, 5 ribaund), "Gəncə" (Derek Rouds - 19 xal, 1 ribaund)

Qeyd edək ki, ikinci turun digər oyunları ("Sumqayıt" - "Xırdalan", "Cəlilabad" - "Neftçi", "Şəki" - "Sərhədçi", "NTD-INDIGO" - "Sabah") 3-5 noyabr tarixləri aralığında baş tutacaq.

 

Elçin ABBASOV

XQ

İdman