“Orduda xidmət etdiyim bölmə 100-ə yaxın şəxsi heyətdən ibarət idi və bu iki ildə sıralarda 70-dən çox əsgər görməmişəm. Bu bölmənin 30 faizi yalnız kağız üzərində xidmət göstərirdi. Yəni, bu insanlar evdə oturub, ezamiyyətlərdə olub, xəstəxanalarda gün keçiriblər. Onlar orduda xidmət etməyiblər. Halbuki onlar əsgərin aldığı bütün maddi dəstəyi aldılar və bu, əslində kifayət qədər böyük pul idi. Bunun nə qədərinin xidmət edən hərbçilərə çatdığı tamam başqa sualdır. Yəni, uzun illər kağız üzərində ordumuz olub”.
“Caliber” xəbər verir ki, bunu 1inTv kanalında analitik David Stepanyan Ermənistan hökumətinin peşəkar ordu yaratmaq niyyəti ilə bağlı məlumatları şərh edərkən bildirib.
“Bizim heç vaxt formalaşmış və döyüş tapşırıqlarını yerinə yetirə bilən ordumuz olmayıb. Mən hələ keyfiyyətdən danışmıram. Düşünürəm ki, həll yollarını tapmaq vaxtıdır və bizim müqaviləli əsgərlərdən ibarət peşəkar ordumuz olmalıdır”, - deyə analitik qeyd edib.
Rizvan FIKRƏTOĞLU
XQ