Xalq şairi Sabir Rüstəmxanlı gənclərlə görüşəcək

post-img

Azərbaycanın Xalq şairi Sabir Rüstəmxanlı ilə gənclər təşkilatlarının "Ədəbiyyatımızın təbliğində gənclərin rolu" mövzusunda görüşü olacaq. 

Dünya Gənc Türk Yazarlar Birliyinin başqanı İntiqam Yaşar XQ-yə bildirib ki, görüş 6 noyabr, saat 15:00-da baş tutacaq.

Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurası və Dünya Gənc Türk Yazarlar Birliyinin birgə təşkilatçılığı ilə keçiriləcək görüş zamanı şair ədəbiyyat, onun təbliğində gənclərin rolu, mütaliə mədəniyyəti, gənclərin bədii ədəbiyyata marağının artırılması ilə bağlı qənaətlərini iştirakçılarla bölüşəcək.

 

Rizvan FİKRƏTOĞLU

XQ

Elm