Sosial Tədqiqatlar Mərkəzi (STM) ölkə rəhbərinin Qarabağ məsələsinin həlli istiqamətində fəaliyyəti ilə bağlı ictimai gözləntiləri öyrənmək məqsədilə növbəti sorğuları keçirib. Bu məqsədlə vətəndaşlara “Prezidentin Qarabağ probleminin həlli istiqamətində fəaliyyəti gözləntilərinizi doğrultdumu?” sualı ünvanlanıb.
Bu barədə XQ-yə STM-dən məlumat verilib.
Sorğunun nəticələrinə əsasən, respondentlərin mütləq əksəriyyətinin rəyində dövlət başçısının Qarabağ probleminin həlli istiqamətində fəaliyyətindən birmənalı razılıq ifadə edilib. Belə ki, iştirakçıların 75.0 faizi prezidentin Qarabağ probleminin həlli istiqamətində fəaliyyətinin onun gözləntilərini tam doğrultduğunu, 24 faizi əsasən doğrultduğunu deyib. 0.5 faizi gözləntilərini əsasən doğrultmadığını, 0.3 faizi heç doğrultmadığını bildirib, 0.3 faizi bu barədə fikrini ifadə etməkdə çətinlik çəkib.
Rizvan FİKRƏTOĞLU
XQ