Azərbaycan millisi Bolqarıstanla qarşılaşacaq

post-img

Bu gün minifutbol üzrə Azərbaycan millisi Birləşmiş Ərəb Əmirliklərinin Ras əl-Xayma şəhərində təşkil olunan dünya çempionatında dörddəbir final matçına çıxacaq.

XQ yerli mediaya istinadən xəbər verir ki, Elşad Quliyevin baş məşqçisi olduğu kollektiv Bolqarıstan yığması ilə üz-üzə gələcək.

Qarşılaşma Bakı vaxtı ilə saat 21:00-da başlayacaq.

Qeyd edək ki, Azərbaycan komandası əvvəlki mərhələdə Portuqaliyanı (3:0) məğlub edib. Rəqib Bolqarıstan isə İngiltərəni 2:1 hesabı ilə mübarizədən kənarlaşdırıb. Milli qrup mərhələsində Misir, İraq və Küveyti, bolqarlar isə Oman, Monteneqro və Yaponiyanı məğlub edib.

 

Elçin ABBASOV

XQ

İdman