UEFA Gənclər Liqasındakı təmsilçimiz “Qəbələ”nin turnirin ikinci mərhələsinin ilk oyunu çərçivəsində Yunanıstanın “Olimpiakos” klubuna qarşı keçirəcəyi qarşılaşmanın hakimləri açıqlanıb.
XQ AFFA-ya istinadən xəbər verir ki, noyabrın 8-də saat 16:00-da Qəbələ şəhər stadionunda təşkil olunacaq oyunu Gürcüstandan olan hakimlər briqadası idarə edəcək.
Matçın baş hakimi Qoqa Kikaçeşvili olacaq. Onun köməkçiləri isə David Axvlediani və Davit Qabisoniadır. Dördüncü hakim funksiyasını isə Tural Qurbanov yerinə yetirəcək.
Elçin ABBASOV
XQ