Ölkəmizdə regionun ən böyük külək elektrik stansiyası tikilir

post-img

Avropa Yenidənqurma və İnkişaf Bankının (AYİB) yaydığı məlumata əsasən, bu maliyyə qurumu respublikamızın şərqində 240 meqavatt gücündə külək enerjisi stansiyasının tikintisini maliyyələşdirir. Bu, külək enerjisi sahəsində ölkədə ilk təşəbbüs olmaqla Qafqazda bu cür ən böyük layihədir. Stansiyası istismara verildikdən sonra ildə 893 qiqavatt-saatadək xalis elektrik enerjisinin hasil olunacağı gözlənilir. 

Qeyd edək ki, AYİB 2022-ci lin de­kabr ayında Azərbaycanla birgə imza­ladığı Anlaşma Memorandumu ilə təs­diqlənən investisiyalar, eləcə də texniki əməkdaşlıq və siyasi dialoq vasitəsilə “yaşıl proqram”ın həyata keçirilməsini qarşıya mühüm vəzifə kimi qoyub.

AYİB Qafqaz regionunda mühüm institusional investorudur. Bu gün bank Azərbaycanda 188 layihəyə 3,6 milyard avrodan çox investisiya qoyub və əsas diqqəti ölkə iqtisadiyyatının diversifika­siyasına yardım göstərməyə yönəldib.

XQ

İqtisadiyyat