Respublikada qazlaşdırma yekun mərhələyə daxil olub

post-img

Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyinin məlumatına görə, bu ilin noyabr ayından etibarən respublikamızda daha 40 kənd və yaşayış massivinin qazlaşdırılmasına başlanılacağı planlaşdırılıb. 

Cari il ərzində isə ölkədə 150 kənd və yaşayış mas­sivinin qazlaşdırılması nəzərdə tutulub ki, artıq onlardan 110-da işlər yekunlaşmaq üzrədir. Bu yaşayış məntəqələ­rinin qazlaşdırılmasının növbəti ilin birinci rübündə ye­kunlaşması nəzərdə tutulub.

Qeyd edək ki, artıq ölkə üzrə qazlaşdırma səviyyəsi 96,4 faiz təşkil edir. Hazırda ölkədə 900-ə yaxın qazlaş­mayan kənd və yaşayış massivi mövcuddur. Bunlardan da 250-yə yaxını qazlaşdırılması texniki və iqtisadi cəhətdən səmərəsiz kimi qiymətləndirilir. Ancaq digər kənd və ya­şayış massivlərinin “Azəriqaz”ın daxili maliyyə resursları hesabına mərhələli şəkildə həyata keçiriləcəyi nəzərdə tutulur.

XQ

İqtisadiyyat