Daşınmaz əmlakın dövlət qeydiyyatı 44 faiz artıb

post-img

İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətindən verilən məlumata görə, cari ilin yanvar–sentyabr aylarında respublikada 373 min 647 daşınmaz əmlak üzərində mülkiyyət hüququ dövlət qeydiyyatına alınıb. Məlumata görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 43,8 faiz çoxdur.

9 aylıq göstəricinin 58 min 314-ü və yaxud 15,6 faizi ilkin, 315 min 333-ü və yaxud 84,4 fa­izi isə təkrar qeydiyyatın payına düşüb.

Hesabat dövründə 300 min 179 daşınmaz əmlakın texniki inventar­laşdırılması aparılıb və texniki pasportu tərtib edilib. Bu, bir il əvvələ nisbətən 47,7 faiz çoxdur. Son bir ildə qeydiyyata alınan ipoteka müqavilələrinin sayı isə 19,6 faiz artaraq 61 min 393 təşkil edib.

XQ

İqtisadiyyat