Rostovdan alınan məhsulların təhlükəsizliyi laboratoriyalarda təsdiqlənib

post-img

Cari ilin 16-21 oktyabr tarixlərində Rostov vilayətindən Azərbaycana 20 tondan çox dondurulmuş balıq və 18 ton hinduşka əti ixrac edilib.

Rusiyanın Baytarlıq və Fitosanitar Nəzarəti üzrə Federal Xidmətinin ("Rosselxoznadzor") məlumatına görə, məhsulları ixrac edən müəssisələr idxalçı ölkənin tələblərinə uyğunluq üçün baytarlıq-sanitariya müayinəsindən keçən Rusiya müəssisələrinin siyahısına daxil edilib.

Məhsullar baytarlıq və sanitariya baxımından təhlükəsiz sayılıb, onların keyfiyyəti və təhlükəsizliyi laboratoriya tədqiqatlarının nəticələri ilə təsdiqlənib. İxrac olunan məhsulların monitorinqinin nəticələrinə əsasən heç bir qanun pozuntusu aşkar edilməyib.

P.ƏFƏNDİ
XQ

İqtisadiyyat