“Günəşli” yatağında yan quyu qazılıb

post-img

Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) ta­rixində ilk dəfə olaraq “Günəşli” yatağında 8 saylı platformadan yan lülə quyusu qazılıb. SOCAR AQŞ-nin reallaşdırdığı mürəkkəb layihələrdən biri olan yan lülə quyusu Fasilə lay dəstəsinə uğurla qazıla­raq sifarişçi təşkilat SOCAR-ın “Azneft” İstehsalat Birliyinə təhvil verilib.

Quyuda quraşdırılmış istismar kəməri daxilində is­tiqamətləndirici qoyulmaqla iki kəmərdən pəncərə kə­silərək yan lülə 2985 metr dərinliyə qazılıb. Qazma əməliyyatları yerinə yetirilən zaman təzyiqlərə, layların dəyişməsinə və quyu istiqamətinə tam nəzarət olunub.

Quyu layihə dərinliyinə qazıldıqdan sonra müvafiq istismar quyruq kəməri xüsusi asqı avadanlığı vasitəsilə uğurla endirilib. Udulmaya meyilli layların mövcudluğunu nəzərə alaraq SOCAR AQŞ quyuda ilk dəfə olaraq yeni texnologiyalardan istifadə etməklə istismar quyruq kəmə­rini sementləyib. Həmin kəmər quyuağzı avadanlıqla bir­gə plana uyğun olaraq kipliyə yoxlanılıb, sifarişçi tərəfin­dən təyin edilmiş hədəflər üzrə obyekt tam açılıb və quyu yüksək debitlə istismara verilib.

SOCAR AQŞ-nin baş direktoru Samir Mollayevin bil­dirdiyinə görə, yan lülə quyularının qazılması uzun illər istismarda olan bir çox quyunun debitini artırmaq baxı­mından önəmlidir. Onun dediyinə görə, “Günəşli” yatağın­da 300-dən çox quyunun hasilatını yenidən bərpa etmək üçün yan lülə quyularının qazılması xüsusi əhəmiyyət kəsb edir. “Bu, ölkənin neft hasilatının uzunömürlülüyü­nün təmin edilməsinə, quyuların daha məhsuldar olması­na, eləcə də qazma işlərinin səmərəliliyinin artırılmasına xidmət edəcək”,–deyə o əlavə edib. 

XQ

İqtisadiyyat