Taxıl biçini davam edir

post-img

Hər il olduğu kimi, bu mövsümdə də Naxçıvan Muxtar Respublikasında taxıl biçininə Ordubad rayonunda start ve­rilib. Ümumilikdə, bu il muxtar respub­likada 21 min 247 hektar sahədə taxıl əkilib. Onun 485 hektarını yaz əkinləri təşkil edir. 

Cari ildə Naxçıvanda taxıl yığımının itkisiz və vaxtında həyata keçirilməsi ilə bağlı işləri əlaqələndirmək məqsədilə muxtar respublikanın Kənd Təsərrüfatı Nazirliyində mərkəzi qərargah yaradılıb. Biçində iştirak edəcək mexanizatorlarla maarifləndirici söhbətlər aparılıb, texni­ka və texnoloji avadanlıqlar hazır vəziy­yətə gətirilib. Taxıl biçini kampaniyasına “Naxçıvan Aqrolizinq” Açıq Səhmdar Cə­miyyətinin, hüquqi və fiziki şəxslərin 91 kombaynı cəlb olunub.

Biçin dövründə sahələrdə yanğın təh­lükəsizliyi ilə əlaqədar Fövqəladə Hallar Nazirliyinin qrupları ərazilərdə növbə çə­kir.

Qeyd edək ki, hazırda muxtar respub­likanın Ordubad, Culfa, Babək, Kəngərli, Şərur və Sədərək rayonlarında taxıl biçini davam edir. Bu günə qədər 680,9 hektar sahədə biçin başa çatıb və sahələrdən 1424,8 ton məhsul yığılıb. 

“Xalq qəzeti”

İqtisadiyyat