Dövlət Vergi Xidmətinin məlumatına əsasən, cari ilin yanvar-may aylarında muxtar respublikada 2 min 457 yeni vergi ödəyicisi qeydiyyata alınıb. Bunların 87,7 faizi fiziki, 12,3 faizi hüquqi şəxslər və digər təşkilatlar olub.
Ötən ilin müvafiq dövrü ilə müqayisədə qeydiyyata alınmış vergi ödəyicilərinin sayı 2,2 dəfə, o cümlədən fiziki şəxslərin sayı 2, hüquqi şəxslərin sayı isə 30 dəfə artıb. Cari ilin yanvar-may aylarında kommersiya qurumlarının 50 faizi elektron qaydada, yarısı isə kağız daşıyıcılar vasitəsilə edilmiş müraciətlər əsasında uçota alınıb.
“Xalq qəzeti”