Yeni qaz yataqları işə salınacaq

post-img

Dövlət Neft-Qaz Şirkətinin (SOCAR) vitse-prezidentinin müavini Vitali Bəylərbəyov “S&P Global”a müsahibəsində Azərbaycanın yeni qaz ehtiyatlarına malik ölkə olduğunu və həmin yataqların hasilatının planlaşdırıldığını bildirib. O, ötən ilin yayında Avropa İttifaqı (Aİ) ilə imzalanmış memorandumda bu mənbənin nəzərə alındığını vurğulayıb. 

Qeyd edək ki, 2022-ci ilin ortaların­da Azərbaycan və Aİ arasında 2027-ci ilə qədər Avropaya qaz tədarükünün 20 milyard kubmetrə çatdırılması ilə bağlı anlaşma memorandumu imzalanıb. V.Bəylərbəyov bu məqsədə çatmağın çə­tin olacağından narahatlıq keçirməyə heç bir əsas olmadığını xatırladıb. 

Yeri gəlmişkən, Azərbaycan iyul ayında quyuların işə salınacağı “Ab­şeron” yatağından yeni həcmdə qaz hasil etməyi planlaşdırır. Həmçinin “Azəri-Çıraq-Günəşli” və “Ümid-Babək” yataqlarındakı qaz laylarının işlənmə­si hesabına da əlavə qaz həcmlərinin əldə olunacağı gözlənilir. 

“Xalq qəzeti”

İqtisadiyyat