Tədarük məntəqələrinə 352 ton barama təhvil verilib

post-img

Ölkənin tədarük məntəqələrinə barama təhvili davam edir. Kənd Təsərrüfatı Nazirliyinin məlumatına görə, 41 rayonun kümçüləri tərəfindən indiyədək tədarük məntəqələrinə 352 ton barama təhvil verilib.

Məlumata görə, bu il ən çox yaş ba­rama Zərdab rayonunda tədarük olunub. Yerli kümçülər 2023-cü il mövsümündə 52, 865 ton yaş barama təhvil veriblər. Bununla yanaşı, Ağcabədi (34,336 ton), Zaqatala (28,907 ton), Balakən (28,151 ton), Bərdə (21,117 ton), Tərtər (14,747 ton), Şəki (13,737 ton), Qax (12,385 ton), Füzuli (10,416 ton), Lənkəran (9,896 ton), Sabirabad (9,744 ton), Yevlax (9,583 ton) və Ağdam (9,210 ton) ən çox yaş barama tədarük edən rayonlardır.

Yeri gəlmişkən, kümçülərlə imzalan­mış müqaviləyə əsasən, hazırda isteh­sal olunmuş yaş barama müvafiq qurum tərəfindən 5 manata təhvil alınır. Bundan əlavə, dövlət isə istehsal olunan hər ki­loqram yaş baramaya görə kümçülərə 6 manat subsidiya ödəyir.

“Xalq qəzeti”

İqtisadiyyat