Ticarət əməliyyatları sürətlə rəqəmsallaşır

post-img

Azərbaycanda ticarət əməliyyatlarının sürətlə rəqəmsallaşması özü ilə yeni tendensiyalar və imkanlar gətirir. Rəqəmsallaşmadan ən çox təsirlənən sektorlardan biri də elektron ticarət sahəsidir.

İqtisadi İslahatların Təhlili və Kom­munikasiya Mərkəzinin (İİTKM) ope­ratoru olduğu “Azexport.az” portalının rəhbəri Ayxan Qədəşovun sözlərinə görə, ötən il ölkədə elektron ticarət vasitəsilə aparılan əməliyyatların sayı 2021-ci il ilə müqayisədə 2,4 dəfə, həc­mi isə 2,5 dəfə artıb: “Həmçinin 2022-ci ildə internet bankçılıq xidmətləri va­sitəsilə həyata keçirilən əməliyyatların həcmi 2021-ci illə müqayisədə 50 faiz artıb. Vətəndaşların onlayn mağaza­lar və rəqəmsal ödəniş sistemlərinə olan marağı yeni biznes imkanlarının formalaşmasına da şərait yaradıb. Rəqəmsal platformaların yaranması xidmət sektorunda ciddi dəyişikliklərə yol açıb. Buna misal olaraq qida çatdı­rılması, onlayn taksi sifarişi və ya bey­nəlxalq poçt daşıma xidməti kimi yeni bizneslərin daha da artmasını vurğula­ya bilərik”.

O vurğulayıb ki, müasir texnologi­yalar istehlakçılar üçün rahatlıq və əlçatanlıq, eləcə də sahibkarlar üçün yeni imkanlar təmin edir. Bunu sta­tistik məlumatlar da təsdiqləyir. Belə ki, 2022-ci ildə ölkə daxilində ödəniş kartları ilə aparılan nağdsız ödənişlər 2021-ci illə müqayisədə 11,4 faiz ar­taraq 43,2 faizə bərabər olub. Rəqəm­sallaşma marketinq sahəsinə də tə­sirsiz ötüşməyib. Şirkətlər məhsul və xidmətlərini tanıtmaq üçün onlayn rek­lam, sosial media kimi rəqəmsal mar­ketinq strategiyalarını getdikcə daha çox istifadə edirlər. Bu, onlara daha ge­niş auditoriyaya çatmağa və marketinq strategiyasının effektivliyini artırmağa imkan verir. 

Beləliklə, rəqəmsallaşma Azərbay­canın maliyyə sektoruna da yeni im­kanlar gətirib. Belə ki, ödəniş sistemlə­ri və ya investisiyaların yatırılması kimi rəqəmsal maliyyə xidmətləri təklif edən “fintech” startapların sayında da artım müşahidə olunur.

“Xalq qəzeti”

İqtisadiyyat