İnterkonnektorun tikintisinə yekun ödəniş ayrılıb

post-img

Yunanıstan–Bolqarıstan İnterkonnektorunun (IGB) operatoru olan ICGB İnnovasiya və Rəqabətlilik (OPIC) proqramı çərçivəsində infrastrukturun tikintisi üzrə yekun ödənişi alıb.

OPIC çərçivəsində ayrılan ümumi qrantın həcmi 39 milyon avro təşkil edir. İşlərin keyfiyyətlə və uğurla başa çatdırılmasını təmin etmək üçün hər mərhələdə audit aparıldıqdan son­ra vəsaitlər boru kəməri operatoruna tranşlarla ödənilir.

Qeyd edək ki, Yunanıstan-Bolqa­rıstan interkonnektoru 1 oktyabr 2022-ci il tarixindən kommersiya tədarükünə başlayıb.

Hazırkı istilik mövsümünün əv­vəlindən IGB Bolqarıstanda təbii qaz ehtiyacının təqribən üçdə birini təmin etməkdədir. Bolqarıstana təbii qaz nəq­linin diversifikasiyalaşdırılması üçün ilk marşrut olan IGB tədarükün daha yüksək təhlükəsizliyinə və mənbələrin müxtəlifliyinə zəmanət verməklə təbii qaz bazarında rəqabətə mühüm töhfə verir ki, bu da ölkədəki müəssisələr və daxili istehlakçılar üçün qiymətlərin op­timallaşdırılmasının vacib şərtidir.

Azərbaycanla saziş üzrə layihə­nin əsasını 1 milyard kubmetr tədarük təşkil etdiyi halda, IGB digər yükgön­dərənlər tərəfindən rezerv edilmiş uzunmüddətli imkanlara da malikdir. Bunların əksəriyyəti Bolqarıstan ba­zarı üçün tamamilə yenidir. Yunanıs­tan-Bolqarıstan interkonnektoru 2024-cü ildə bir neçə qaz mənbəyinə çıxış əldə edəcək.

“Xalq qəzeti”

İqtisadiyyat