İqtisadi artım qeyri-neft sektoru hesabına təmin olunur

post-img

Hesablama Palatasının məlumatına görə, respublikamızda qeyri-neft sektorunda dinamik inkişaf bu sahə üzrə dövlət büdcəsinin gəlirlərinin artmasına şərait yaradıb.

“Dünya iqtisadiyyatında da olduğu kimi, Azərbaycan iqtisadiyyatının təkan­verici qüvvəsi daxili istehlak və inves­tisiyalar olub. Dünya bazarında enerji daşıyıclarının qiymətlərində artım ölkə­mizin iqtisadiyyatının bütün makroblok­ları ilə əlaqəli olub, dövlət büdcəsində xarici valyutada gəlirlərdə artım isə milli valyutada aktivlərə qənaətlə gətirib çıxa­rıb. Həmçinin ödəniş balansına əsasən, ötən il rezerv valyutada artım qeydə alınıb. 2022-ci ildə qlobal miqyasda inf­lyasiyanın sürətlənməsi Azərbaycana da toxunub. Ölkəmizə inflyasiya əsasən idxal olunub və son bir neçə il ərzindəki ən yüksək göstəriciyə çatıb”, – Hesabla­ma Palatasının məlumatında deyilir.

Belə ki, ötən il Azərbaycan iqtisa­diyyatında artım 4,6 faiz olub. 2022-ci ildə neft və qaz qiymətlərində 2021-ci illə müqayisədə mühüm artım ÜDM-də neft-qaz və qeyri-neft-qaz sektorlarının xüsusi çəkisinin dəyişməsinə gətirib çıxarıb. Beləliklə, ÜDM-də neft-qaz sektorunun payı 47,8 faizədək artıb, qeyri-neft-qaz sektorunun payı isə 52,2 faiz olub. 

Həmçinin qeyd edilib ki, iqtisadi ar­tıma tamamilə qeyri-neft-qaz sektoru­nun hesabına nail olunub.

Dövlət Statistika Komitəsinin mə­lumatına görə, bu ilin ilk rübündə də ölkədə 30 milyard 310,6 milyon ma­natlıq və ya əvvəlki ilin eyni dövrü ilə müqayisədə 0,4 faiz çox ümumi daxili məhsul (ÜDM) istehsal olunub. İqti­sadiyyatın neft-qaz sektorunda əlavə dəyər 3,9 faiz azalıb, qeyri neft-qaz sektorunda isə 4,9 faiz artıb. 

ÜDM istehsalının 47,5 faizi səna­yeni payına düşüb, məhsula və idxala xalis vergilər ÜDM-in 9,5 faizini təşkil edib. Əhalinin hər nəfərinə düşən ÜDM isə 2991,2 manata bərabər olub. 

Bu müsbət göstəricilərin əldə edil­məsi iqtisadiyyatın bütün sahələrində ötən illərdəki artım dinamikasının qo­runub saxlanılmasının məntiqi nəticə­sidir. Başqa sözlə, belə bir uğur makro­iqtisadi sabitliyin möhkəmləndirilməsi, iqtisadiyyatın şaxələndirilməsi, qey­ri-neft sektorunun inkişafı və ölkəmizin dünya iqtisadiyyatına inteqrasiyası is­tiqamətində nəzərdə tutulan tədbirlərin ardıcıl həyata keçirilməsi ilə şərtlənir. 

Cari ilin ilk rübündə ÜDM istehsa­lının 50 faizə yaxın hissəsinin səna­yenin payına düşməsi isə ölkəmizdə uğurlu sənayeləşmə siyasəti sayəsin­də mümkün olub. Sənaye parklarının mövcud sahədəki fəaliyyəti, həmin zonalarda yeni sənaye sahələrinin ya­radılması, rəqabətqabiliyyətli və ixrac­yönümlü yeni məhsul istehsalının təş­kili, bu işə investorların cəlb olunması kimi məsələlər hökumətin daim diqqət mərkəzində saxlanılıb və bu, müsbət göstəricilərlə müşahidə edilib. 

Məhz bunun nəticəsidir ki, İqtisadi Zonaların İnkişafı Agentliyinin (İZİA) idarəçiliyində olan Sumqayıt Kimya Sənaye Parkında rezidentlərinin sayı 35-ə çatdırılıb. Hacıqabul Sənaye Məhəlləsində isə ümumi investisiya həcmi 51 milyon manatdan artıq olan 13 sahibkarlıq subyekti rezident kimi qeydiyyata alınıb və onlardan 8-i fəa­liyyətə başlayıb.

Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında da bərpa prosesi indiyə­dək sənayeləşmə siyasəti ilə paralel aparılıb. “Ağdam” və “Araz Vadisi İqti­sadi Zonası” sənaye parklarında ümu­milikdə 18 sənaye müəssisəsi qeydiy­yata alınıb. Düşməndən təmizlənən ərazilərdə kənd təsərrüfatının inkişaf məqsədləri üçün 940 fermer təsərrüfa­tının yaradılması nəzərdə tutulub.

Azərbaycan iqtisadiyyatında artı­mın qeyri-neft sektoru hesabına təmin olunması xarici ticarət dövriyyəsinin artmasına da əsaslı təsir göstərir. İq­tisadiyyatın şaxələndirilməsi və ixrac potensialının yüksəldilməsi istiqamə­tində tədbirlər nəticəsində 2022-ci ildə qeyri-neft məhsullarının ixracının 12,3 faiz artaraq 3 milyard dollardan çox təşkil etməsi məhz bunun bariz ifadə­sidir.

 

Hüseynqulu QULİYEV,

iqtisadçı-ekspert

Azərbaycan iqtisadiyyatının inkişaf dinamikasında müsbət me­yillər getdikcə artır. Ötən il ümumi daxili məhsul (ÜDM) 4,6 faiz ar­taraq 133,8 milyard manat, qey­ri-neft-qaz sektorunda isə 9,1 faiz artaraq 69,8 milyard manat təşkil edib. ÜDM-in tərkibində qeyri-neft-qaz sektoru üzrə bir sıra sahələrdə əhəmiyyətli artım qeydə alınıb. He­sabat dövründə dövlət büdcəsinə vergi daxilolmaları 82 faiz artıb və 15,5 milyard manat təşkil edib. Bu, müstəqilliyimiz dövründə olan müt­ləq rekord məbləğdir. 

Hökumət tərəfindən müəyyən­ləşdirilən bir sıra fiskal imtiyazlar və güzəştlər fonunda belə nəticələ­rin əldə edilməsi müsbət bir haldır. Ən sevindirici hal isə ondan ibarət­dir ki, ödənilən vergilərin, xüsusilə qeyri-neft sektorunda 80 faizdən çoxu özəl sektorun payına düşür.

Bu rəqəmlər iqtisadi sferada qazanılan uğurların miqyasını və əhatəsini əyani şəkildə göstərir. Lakin hazırda mürəkkəb və volatil mühitdə yaşayırıq. Buna baxma­yaraq, ortamüddətli perspektiv­də Azərbaycanda iqtisadi artımın 2022-2026-cı illərdə sosial-iqtisadi inkişaf strategiyası üzrə təmin edil­məsini hədəfləyirik. 

Davamlı artım drayverlərinin fəallaşdırılması, iqtisadiyyatın şaxələndirilməsi, işğaldan azad edilmiş ərazilərimizin ölkə iqtisa­diyyatına sürətlə reinteqrasiyası rəqabətqabiliyyətli iqtisadi artı­mı şərtləndirəcək. Bu prosesdə rəqəmsal ekosistemin, sahibkarlıq mühitinin, insan kapitalının inkişafı kimi məsələlər də diqqət mərkə­zində olmalıdır. O cümlədən dövlət dəstək mexanizmlərinin təkmilləş­dirilməsi, yeni alətlərin tətbiqi sa­hibkarlığın inkişafına yeni töhfələr verəcək. Sənaye zonalarının rezi­dentlərinin sayının artması, bizne­sin güzəştli maliyyə resurslarına çıxışının genişləndirilməsi, yeni fiskal güzəştlər, ixrac və investisi­yaların təşviqi üçün imtiyazlar və digər məsələlər bu baxımdan xü­susilə qeyd edilməlidir.

 

Vaqif BAYRAMOV, “Xalq qəzeti”



İqtisadiyyat