Qarabağ və Şərqi Zəngəzurun bərpasına əlavə vəsait ayrılır

post-img

Ölkəmizin maliyyə gücünün artması işğaldan azad edilmiş ərazilərdə bərpa və quruculuq işləri üçün daha çox vəsait ayırmağa imkan yaradır. Qarabağ və Şərqi Zəngəzurda həyatın əvvəlki məcrasına qaytarılması üçün dövlət büdcəsindən əlavə vəsaitin ayrılması da bunu sübut edir. 

Maliyyə Nazirliyinin məlumatına görə, Azərbaycan Respublikasının işğaldan azad olunmuş Qarabağ və Şərqi Zəngəzur ərazilərində həyata keçirilən tikinti, bərpa və yenidənqur­ma işlərinin sürətləndirilməsi ilə bağlı xərclərin artırılması məqsədilə daha 2 milyard 260 milyon manat əlavə vəsait ayrılıb. Bununla da, 2023-cü il üçün iş­ğaldan azad olunmuş ərazilərin bərpası üçün ayrılmış vəsaitin həcmi 5 milyard 260 milyon manata çatdırılıb.

“Xalq qəzeti”

İqtisadiyyat