Yenidən baxılmış 2023-cü il icmal büdcənin gəlirləri 42 milyard 949,1 milyon manat proqnozlaşdırılıb. Bu da təsdiq olunmuş göstəriciyə nisbətən 9 milyard 923,4 milyon manat və ya 30 faiz çoxdur.
Bu, Maliyyə Nazirliyinin 2023-cü ilin dövlət və icmal büdcələrinə dəyişikliklərin edilməsi ilə bağlı məlumatında yer alıb. Məlumata əsasən, icmal büdcənin xərcləri isə 41 milyard 213,9 milyon manat proqnozlaşdırılıb ki, bu da təsdiq olunmuş göstəriciyə nisbətən 3 milyard 244,5 milyon manat və ya 8,5 faiz, 2022-ci ilin icra göstəricisinə nisbətən isə 6 milyard 140,3 milyon manat və ya 17,5 faiz çoxdur.
Qeyd edilib ki, icmal büdcə 4 milyard 943,6 milyon manat kəsirlə proqnozlaşdırılsa da, 6 milyard 678,9 milyon manat əlavə gəlirləri hesabına 1 milyard 735,3 milyon manat profisit yaranacaq.
“Xalq qəzeti”