Energetika nazirinin müavini Elnur Soltanovun mətbuata məlumatında işğaldan azad edilən ərazilərdə yüksəkvoltlu enerji təchizatı sistemlərinin, demək olar ki, tam qurularaq başa çatdırıldığı bildirilib.
E.Soltanov daha sonra Qarabağın elektrik enerjisi ilə təmin olunmasının yüksək sürətlə davam etdiyini, Azərbaycan Prezidentinin tapşırığına əsasən, burada “yaşıl enerji” texnologiyaları tətbiq olunduğunu vurğulayıb. Naziri müavini, həmçinin Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında günəş və külək enerjilərinin əldə olunması üçün stansiyaların inşa edildiyini də xatırladaraq həmin ərazilərin iqlim potensialının bu coğrafiyada “yaşıl zona” yaradılmasına imkan verdiyini diqqətə çatdırıb.
E.Soltanov sonda Qarabağda tətbiq olunan “yaşıl enerji” texnologiyalarının Naxçıvanda da həyata keçiriləcəyini, muxtar respublikanın iqlim şəraitinin ekoloji təmiz enerji istehsal etməyə böyük imkan yaratdığını bildirib.
“Xalq qəzeti”