İpoteka və Kredit Zəmanət Fondu indiyədək verdiyi ipoteka kreditlərinin sayı və məbləği barədə məlumat yayıb.
Bildirilib ki, Fondun xətti ilə ötən müddətdə 43 min 592 ipoteka krediti verilib. İpoteka və Kredit Zəmanət Fondunun vəsaitləri hesabına verilmiş ipoteka kreditləri üzrə məbləğ isə 2 milyard 532 milyon 448 min 864 manat təşkil edib.
“Xalq qəzeti”

