“Gidrotransproyekt” Elmi-Tədqiqat Mərkəzinin direktoru Natiq Əliyev Muğanlı-İsmayıllı-Qəbələ avtomobil yolunun genişləndirilməsi layihəsi ilə bağlı Bakıda keçirilən ictimai dinləmələrdə Azərbaycanda ən böyük körpünün tikintisinə başlanılacağını bildirib.
O, Muğanlı-İsmayıllı-Qəbələ avtomobil yolunun yerləşdiyi ərazinin sürüşmə zonası olduğundan orada böyük körpünün inşasının planlaşdırıldığını diqqətə çatdırıb. Eyni zamanda, körpünün uzunluğunun 1180 metrə, hündürlüyünün isə 83 metrə çatacağını, infrastrukturun respublikada ən böyük yol ötürücüsü olacağını deyib.
“Xalq qəzeti”