Dövlət büdcəsi ilə bağlı proqnoz açıqlanıb

post-img

Dünya Bankının (DB) hesabatında Azərbaycanın 2025-ci ilə kimi dövlət büdcəsi ilə bağlı proqnoz yenilənib.

Hesabata görə, ölkəmizin büdcə profisitinin ümumdaxili məhsulda (ÜDM) payı 2022-ci ildəki 5,5 faizdən 2023-cü ildə 4,8 faizə enəcək, büdcənin ÜDM-də payı isə 2024-cü ildə 4 faiz, 2025-ci ildə isə 3 faiz təşkil edəcək. 

DB-nin şərhində daha sonra fiskal balansın ortamüddətli perspektivdə profisitdə qalacağı və ÜDM-in orta hesabla 3,9 faizini təşkil edəcəyinin təxmin olunduğu bildirilir. 

Bank, həmçinin 2023-2025-ci illər üzrə Azərbaycanın inf­lyasiya proqnozunu yeniləyib, respublika üzrə inflyasiyanın 2022-ci ildəki 13,5 faizdən 2023-cü ildə 8,5 faizə qədər aza­lacağını proqnozlaşdırıb.

“Xalq qəzeti”

İqtisadiyyat