Cari ilin yanvar-mart aylarında Azərbaycan Dövlət Neft Fondunun (ARDNF) “Azəri-Çıraq-Günəşli” yataqlar blokundan əldə etdiyi gəlirlər 2 milyard 44 milyon ABŞ dolları təşkil edib ki, bu da əvvəlki ilin eyni dövrü ilə müqayisədə 9,5 faiz çoxdur. 2021-ci ilin ilk rübündə bu göstərici 1milyard 866 milyon dollar səviyyəsində olub.
Hesabat dövründə ARDNF “Şahdəniz” yatağından hasil edilən qaz və kondensatın satışından 646 milyon 359 min dollar gəlir əldə edib. Xatırladaq ki, ötən ilin eyni dövründə bu rəqəm 359 milyon 125 min dollara bərabər olub. Göründüyü kimi, fondun bu ilin birinci rübündə qaz və kondensatın satışından qazancı əvvəlki ilin eyni dövründəkindən 1,8 dəfə çoxdur.
2023-cü ilin ilk rübündə “Şahdəniz" yatağı üzrə kondensatın satışından əldə olunan gəlirlərdə isə iki dəfə artım qeydə alınıb. Belə ki, ötən ilin yanvar-mart aylarında 62 milyon 494 min dollarlıq kondensat satıldığı halda, cari ilin eyni dövründə bu rəqəm 128 milyon 166 min dollar təşkil edib.
“Xalq qəzeti”