Perdyu Universitetinin (ABŞ) mütəxəssisləri bildiriblər ki, populyar chatbotlar proqramçılara məsləhət verərkən həddən artıq çox səhv edirlər. Bu araşdırma Tədqiqat Hesablama Sistemlərində İnsan Faktorları üzrə CHI Konfransının materiallarında dərc olunub.
Lenta.ru xəbər verir ki, elmi işin müəlliflərinin fikrincə, İT mütəxəssisləri süni intellektə texniki suallar verərək və ya kodun redaktə edilməsində kömək istəyən chatbotlardan ilk istifadə edənlər arasında olublar. Alimlər müəyyən ediblər ki, ən populyar chatbot olan ChatGPT-nin tövsiyələrini iki dəfə yoxlamaq lazımdır: təxminən hər ikinci cavabın səhv olduğu üzə çıxıb.
Mütəxəssislər İT mütəxəssislərinin biliklərini bölüşdüyü platforma olan StackOverflow saytından proqramlaşdırma mövzusunda 517 sual seçiblər. Tədqiqatçılar sualları ChatGPT-yə göndəriblər və sonra onları iki dəfə yoxlayıblar. Məlum olub ki, chatbot halların 52 faizində səhv cavablar verib. Buna əsaslanaraq ekspertlər ChatGPT-i proqramçılar üçün pis köməkçi adlandırıblar.
Canlı mütəxəssislərin ChatGPT-dən daha qısa cavablar verdikləri də ortaya çıxıb.
S.ELAY
XQ