Kamandan oxatma birinciliyi

post-img

Bakıda kamandan oxatma idman növü üzrə mövsümün mühüm yerli turnirlərindən birinə start verilir.

Azərbaycan Kamandan Oxatma Federasiyasının təşkilatçılığı, Gənclər və İdman Nazirliyinin dəstəyi ilə 31 may - 2 iyun tarixlərində ölkə birinciliyi keçiriləcək. Hövsan Olimpiya İdman Kompleksində baş tutacaq yarışda U15 (yeniyetmələr), U18 və U21 (gənclər) kateqoriyaları üzrə ümumilikdə, 49 idmançı birincilik uğrunda mübarizə aparacaq. Gənc oxatanlar yaş qruplarına müvafiq olaraq 40, 60 və 70 metr məsafələrdə hədəfi dəqiq vurmaq bacarıqlarını nümayiş etdirəcəklər. Üç gün davam edəcək turnirə iyunun 2-də yekun vurulacaq.

Qabil YUSİFOĞLU
XQ

İdman