Stolüstü tennis üzrə qadınlardan ibarət Azərbaycan millisi Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyadda keçirilən VI İslam Həmrəyliyi Oyunlarının yarımfinal mərhələsində məğlub olub.
XQ xəbəri verir ki, yığma bu raundda Misir seçməsi ilə üz-üzə gəlib.
Aylin Əsgərova və Mərziyyə Nurmətovadan ibarət cüt rəqibinə 5:8 hesabı ilə uduzub.
Qeyd edək ki, İslamiada noyabrın 21-də başa çatacaq.

