Kaori Sakamoto karyerasını bitirəcək

post-img

Yaponiyalı fiqurlu konkisürən, üçqat Dünya çempionu və Qış Olimpiya Oyunlarının mükafatçısı Kaori Sakamoto 2026-cı ildə karyerasını bitirəcək.

“Gündoğar ölkənin populyar “Nikkan Sports” saytı xəbər verir ki, idmançı məşqçiliyə başlamağı planlaşdırır. 26 yaşlı fiqurlu konkisürən 2022, 2023 və 2024-cü illərdə Dünya çempionu adını qazanıb. 2025-ci ildə keçirilən mundialı isə gümüş medalla tamamlayıb. Sakamoto həmçinin 2022-ci ildə Pekində təşkil edilən Qış Olimpiya Oyunlarında fərdi mübarizədə bürünc, komanda yarışında isə gümüş mükafatçı olub.

Qeyd edək ki, XXV Qış Olimpiya Oyunları 2026-cı il fevralın 6-dan 22-dək İtaliyada keçiriləcək.

M.HACIXANLI
XQ

 

İdman