Cüdoçumuz “Böyük dəbilqə”də gümüş medal qazanıb

post-img

Azərbaycan komandası Özbəkistanın paytaxtı Daşkənddə keçirilən “Böyük Dəbilqə” turnirində iştirak edir.

Yarışın ilk günündə Azərbaycan cüdoçusu Turan Bayramov (60 kq) ilk görüşündə çinli Yuantao Vangı, yarımfinalda yerli idmançı Bakhrom Boturova qalib gələrək finala çıxıb. Qızıl medal uğrunda Beynəlxalq Cüdo Federasiyası adından çıxış edən Ayub Bliyevə məğlub olaraq gümüş medalla kifayətlənib.

Qeyd edək ki, “Böyük Dəbilqə” martın 2-də başa çatacaq.

L.QURBANOVA
XQ

 

İdman