“Bürünc” də sevindiricidir

post-img

Hədəf qızıl medal idi. Amma şükürlər olsun ki, vətənə mükafatsız qayıtmıram. Olimpiadada medal qazandığım üçün sevinirəm. 

Bu sözləri Paris Oyunlarının bürünc mükafatçısı Həsrət Cəfərov (67 kq) deyib.

Güləşdə ilk medalı qazandığını vurğulayan təmsilçimiz digər güləşçilərimizin nailiyyətlərin davamını gətirəcəklərinə ümid etdiyini bildirib. O qeyd edib ki, gələcəkdə daha da yaxşı hazırlaşıb, bundan da yüksək nəticələr qazanmağa çalışacaq. 

Qeyd edək ki, Həsrət Cəfərov bürünc medal uğrunda qırğızıstanlı Amantur İsmayılova qalib gəlib.

İdman