“Samsung” Şimali Koreyaya aparılacaqmı?

post-img

Cənubi Koreya Xarici İşlər Nazirliyi hesab edir ki, Paris Olimpiadasında Şimali Koreya komandasına hədiyyə edilən “Samsung” smartfonları BMT-nin Şimali Koreyanın sənaye avadanlıqlarına çıxışını qadağan edən qətnaməsini pozur. İndi Cənubi Koreya hökuməti Beynəlxalq Olimpiya Komitəsinin bu məsələ ilə bağlı qərarını gözləyir. Bu barədə “Yonhap” agentliyi Xarici İşlər Nazirliyindəki mənbələrə istinadən yazır.

Olimpiya Oyunlarının tərəfdaşı olan “Samsung Electronics” şirkəti idmançılara Galaxy Z Flip smartfonunun Olimpiya versiyasını paylayıb. KİV-in məlumatına görə, Şimali Koreya idmançıları təklif olunan smartfonları qəbul ediblər. 2018-ci ildə Cənubi Koreyanın Pxençxan şəhərində keçirilən Qış Olimpiya Oyunları zamanı KXDR yığmasından Oyunlar bitdikdən sonra smartfonları geri qaytarmaq tələb olunurdu. Daha sonra idmançılar “Samsung”un təklif etdiyi qadcetlərdən tamamilə imtina etmişdilər.

 

İdman