Batumidə qadın şahmatçıların Avropa çempionatı

post-img

Mayın 24-də Gürcüstanın Batumi şəhərində qadın şahmatçılar arasında şəxsi Avropa çempionatına start veriləcək. Qitə çempionatında Azərbaycan 12 şahmatçıyla təmsil olunacaq.

Azərbaycan Şahmat Federasiyasından verilən məlumata görə, Avropa çempionatında iştirak etmək üçün Ülviyyə Fətəliyeva, Günay Məmmədzadə, Gövhər Beydullayeva, Gülnar Məmmədova, Ayan Allahverdiyeva, Türkan Məmmədyarova, Səbinə İbrahimova, Zeynəb Məmmədyarova, Məryəm Ağaverdiyeva, Mələk İsmayıl, Lalə Hüseynova və Nərmin Abdinova Batumiyə yollanacaq.

11 turdan ibarət Avropa çempionatı iyunun 6-da yekunlaşacaq. Turnirin ümumi mükafat fondu 60 min avroya bərabərdi.

Qabil YUSİFOĞLU
XQ

İdman