Olimpiyaçıların yemək narazılığı

post-img

“Paris-2024” günlərində idmançılar Olimpiya kəndində yeməklərin çatışmamazlığı ilə yanaşı, qidanın tərkibində zülalın olmamasından narazılıqlarını bildirir, yeməyin keyfiyyətsizliyindən şikayətlənirlər. 

“Daily Mail” nəşrinin yazdığına görə, britaniyalı üzgüçü, 3 qat Olimpiya çempionu Adam Piti yeməkxanada uzun növbələrdən narazı olmaqla yanaşı, yeməklərin keyfiyyətsizliyini sərt tənqid edib. O deyib ki, istərsə “Olimpiada-2016”nın keçirildiyi Rio-de-Janeyroda, istərsə də son olimpiadanın təşkil olunduğu Tokioda yeməklər inanılmaz keyfiyyətli və bol çeşidli olub:

–Amma bu dəfə kifayət qədər proteinli qida variantları yoxdur. Uzun növbələr və yemək üçün 30 dəqiqə gözləmələrdən yorulmuşuq. Mən ət yemək istəyirəm. Yarışda yaxşı çıxış etmək üçün mənə ətlə qidalanmaq lazımdır. Çünki mən evdə də belə yeməklər yeyirəm. Burada niyə qida rasionumu dəyişməliyəm? Mən balığı sevirəm, amma insanlar onun içində qurd tapırlar. Bu yaxşı hal deyil.

İdman