Paris Oyunlarında Azərbaycanın bədii gimnastika üzrə qrup hərəkətləri komandası təsnifat mərhələsində böyük uğurla çıxış edərək finala yüksəlib.
Gimnastlarımız 5 halqa, 3 lent və 2 top proqramları üzrə çıxışların cəminə əsasən 62,000 xal toplayıblar. Zeynəb Hümmətova, Ləman Əlimuradova, Darya Sorokina, Güllü Ağalarzadə və Yelizaveta Luzandan ibarət Azərbaycan millisi bu nəticə ilə 8-ci yeri tutaraq final mərhələsinə çıxıb.
Qeyd edək ki, təsnifat mərhələsinin 8 ən yaxşısı bu gün keçiriləcək həlledici mərhələdə iştirak edəcək.