Paraatletika yığmamızın tarixi uğuru

post-img

Paraatletika üzrə Azərbaycan milli komandası Yaponiyanın Kobe şəhərində təşkil edilən dünya çempionatında tarixi uğura imza atıb.

Yarışı ümumilikdə 4 qızıl mükafatla başa vuran yığma ilk dəfə mundialda medal əyarına görə belə nəticə göstərib. Bunadək ən yaxşı göstərici 2011-ci ildə Yeni Zelandiyada keçirilmiş dünya çempionatında (3 qızıl, 1 gümüş və 2 bürünc medal) qeydə alınıb.

Qeyd edək ki, Yaponiyadakı yarışda Lamiyə Vəliyeva (T13) 100 metr və 400 metr məsafəyə qaçışda, Orxan Aslanov (T13) və Səid Nəcəfzadə (T12) isə uzunluğa tullanma üzrə yarışda qızıl medal qazanıblar.

L.QURBNOBA
XQ

İdman