Taekvondoçularımız 6 medal qazanıblar

post-img

Türkiyənin paytaxtı Ankarada taekvondo üzrə Multi Avropa Oyunları keçirilir.

Yarışda yeniyetmələrdən ibarət Azərbaycan milli komandasının 6 üzvü mükafatçılar sırasında yer alıb. Komandanın üzvlərindən bütün rəqiblərinə qalib gələn Novruz Əliyev (45 kq) qızıl medal qazanıb. Yalnız finalda məğlub olan Məryəm Cəfərova (41 kq) gümüş medala yiyələnib. Gülay Əliyeva (44 kq), Əli Həsənzadə (33 kq), Hüseyn Abbaslı (37 kq) və Hüseyn Məmmədov (+65 kq) isə 3-cü yeri yeri tutublar. 

Qeyd edək ki, yarışa mayın 26-də yekun vurulacaq.

L.QURBNOBA
XQ

İdman