Şahmat yarımfinalçıları

post-img

Kişi şahmatçılar arasında Azərbaycan çem­pionatında yarımfinalçılar müəyyənləşib. 

Reqlamentə əsasən 9 turdan sonra ilk dörd yeri tutan şahmatçılar mübarizəni davam etdirə­cək. Aprelin 21-də başlayacaq yarımfinalda 9 tur­dan sonra lider olan Məhəmməd Muradlı dördüncü yerdə qərarlaşan Vüqar Rəsulova, 2-3-cü yerləri tutan Aydın Süleymanlı isə Xəzər Babazadəyə rəqib olub. Yarımfinal iki oyundan ibarət olacaq. İlk oyunda Xəzər Babazadə və Vüqar Rəsulov ağ fiqurlarla yarışacaq.

Qeyd edək ki, Azərbaycan çempionatının mü­kafat fondu artırılaraq 30 min manata çatdırılıb. Yarışın qalibi medal, diplomla təltif olunacaq və 12 min manat əldə edəcək.

L.SABİRQIZI
XQ

İdman