Azərbaycan çempionu 1/8 finalda!

post-img

Bu gün Avropa Liqasında pley-off mərhələsinin cavab oyunları keçirilib.

Azərbaycan çempionu “Qarabağ” da bu mərhələdəki rəqibi Portuqaliya “Braqa”sı ilə cavab oyununa çıxıb.

Ağdam klubu bir həftə öncə səfərdə baş tutan ilk oyunda bu rəqibinə 4:2 hesabıyla qalib gəlmişdi. Rəqib güclü və iddialı olsa da, Azərbaycan təmsilçisi bu üstünlüyünü qorumaqla növbəti tarixi uğura imza atmağa çox yaxın idi. Çox gərgin və dramatik keçən oyunun sonunda sevinən tərəf məhz “Qarabağ” olub. Bununla da Qurban Qurbanovun komandası tarixi uğura imza ataraq Avroliqanın 1/8 finalına yüksəlib!

Fotolar: Elşən AĞALAR









İdman