“Olimpiya çempionluğuna doğru: təmiz idmanda milli və qlobal baxışlar” adlı beynəlxalq elmi-praktik konfransının təşkilində əsas məqsəd sağlam idmanı təbliğ etməkdir.
“XQ” xəbər verir ki, bu sözləri Milli Antidopinq Agentliyinin icraçı direktoru Təhminə Tağı-zadə Bakıda keçirilən “Olimpiya çempionluğuna doğru: təmiz idmanda milli və qlobal baxışlar” adlı beynəlxalq elmi-praktik konfransının açılış mərasimindən sonra jurnalistlərə bildirib.
O qeyd edib ki, beynəlxalq elmi-praktik konfransda Avstriya, Almaniya, İngiltərə və digər ölkələrdən nümayəndələr iştirak edirlər:
–2024-cü il Olimpiya ili olduğundan mühüm əhəmiyyət kəsb edir.
Azərbaycanda bu cür tədbir ilk dəfə təşkil olunur. Konfransa onlayn qoşulanlar da var. Tədbirin davamı fevralın 23-də Qubada keçiriləcək.
Xatırladaq ki, konfrans Gənclər və İdman Nazirliyinin dəstəyi, AMADA və Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının birgə təşkilatçılığı ilə keçirilir.
L.QURBANOVA
XQ