Rusiyaya qarşı 13-cü sanksiyalar paketi razılaşdırılıb

post-img

Aİ səfirləri Rusiyaya qarşı 13-cü sanksiya paketi ilə bağlı razılığa gəliblər. Bu barədə Belçikanın Avropa İttifaqı Şurasındakı nümayəndəliyi "X" səhifəsində yazır.

“Bu paket Aİ tərəfindən təsdiqlənən ən geniş paketlərdən biridir. O, yazılı prosedurdan keçəcək və fevralın 24-də rəsmən təsdiqlənəcək”, - deyə nümayəndəlikdən bildirilib.

"Bloomberg" yeni paketə dair təklifləri olan sənədlərə istinadən yazıb ki, Rusiyadan olan 55 şirkət və 60 nəfər Rusiya müdafiə sənayesi müəssisələrinə silah istehsalı və ya əsas texnologiyalar və elektron komponentlərin tədarükü ilə bağlı yeni məhdudiyyətlərə məruz qalacaq. Həmçinin agentliyin məlumatına görə, sanksiya siyahısına bir sıra məmurlar, xüsusən də prezidentin təhlükəsizlik xidmətinin keçmiş əməkdaşı və Tula vilayətinin hazırkı qubernatoru, general-polkovnik Aleksey Dyumin də əlavə oluna bilər.

S.ELAY

XQ

Dünya