“Qarabağ”– “Bayer 04” “ev oyunu”na 15 min bilet

post-img

UEFA Avropa Liqasının qrup mərhələsində “Qarabağ”ın Almaniyanın “Bayer 04” klubuna qarşı keçirəcəyi ev oyununa 15 min bilet satılıb.

Matçın biletlərinin qiyməti müvafiq olaraq 5, 20, 40 və 100 manat təşkil edir. Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək matçın biletlərini (iticket.az-da onlayn satış), Park Bulvar­dakı “Qarabağ” FK-nın Fan-Şopu, Tofiq Bəhramov adına Respublika stadionunun kassalarından əldə etmək mümkündür.

Qeyd edək ki, “Qarabağ” – “Bayer 04” oyunu noyabrın 9-da keçiriləcək. 

Leyla SABİRQIZI
XQ

İdman