Cüdoçumuz hakimin haqsız qərarına məruz qalıb

post-img

Monpelyedə keçirilən cüdo üzrə Avropa çempionatının birinci günündə Azərbaycan idmançısı Balabəy Ağayev (60 kiloqram) italiyalı Andrea Karlino ilə görüşündə hakimin haqsız qərarına məruz qalıb.

Bu haqda Azər­baycan Cüdo Fe­derasiyası məlumat yayıb. Bildirilib ki, ilk görüşündə italiyalı Andrea Karlino ilə üz-üzə gələn B.Ağa­yev hakimin yanlış qərarı nəticəsində sonda rəqibinə məğ­lub olub: “Ağayev Karlino ilə görüşə kifayət qədər inamlı başladı. Təbii ki, italyan passivliyinə görə xəbərdarlıqlar almağa başladı, lakin sonra döyüşün mənzərəsi bir qədər dəyişdi. Hakim Balabəyə “şido” verməyə başladı və döyüş “qızıl hesaba” çevrildi. Əlavə vaxtda da cü­doçumuz fəallıq göstərsə də, səbəbsiz olaraq “pas­sivliyə” görə üçüncü xəbərdarlığı aldı və hakimlər­dən jestlərlə epizodu yenidən nəzərdən keçirməyi xahiş edərək, tatamidən çıxmaqdan imtina etdi. Lakin hakimin qərarı qüvvədə qaldı və Balabəy ta­tamini məyus halda tərk etdi”.

Leyla SABİRQIZI
XQ

İdman