UEFA Ermənistan Futbol Federasiyası və yığmanın baş məşqçisi Aleksandr Petrakova intizam işi açıb.
Buna AVRO-2024-ün seçmə mərhələsi çərçivəsində İrəvanda keçirilən Ermənistan – Xorvatiya oyununda baş verən hadisələr səbəb olub. Ermənistan Futbol Federasiyası stadionda ictimai keçidlərin bağlanmasında, qarşılaşma ərzində siyasi və təxribat xarakterli mesajların verilməsində ittiham edilir. Bundan əlavə, azarkeşlər həmin qarşılaşma zamanı pirotexniki vasitələrdən istifadə ediblər və matç nəzərdə tutulduğu vaxtdan gec başlayıb. Buna görə Ermənistan millisinin baş məşqçisi Aleksandr Petrakov da cəzalana bilər.
Xatırladaq ki, Ermənistan–Xorvatiya matçının (0:1) 35-ci dəqiqəsində dron vasitəsilə qondarma Xankəndi rejiminin “bayrağı” stadionun oyun keçirilən ərazisində nümayiş etdirilib.
Leyla SABİRQIZI
XQ

