Heyətindəki futbolçuların qiymətinə görə “Neftçi” Azərbaycan Premyer Liqasının ən dəyərli komandasıdır.
“Transfermarkt” portalına görə, paytaxt təmsilçisinin oyunçularının ümumi dəyəri 16 milyon 630 min avrodur. İkinci yeri heyətinin dəyəri 13 milyon 700 min avro olan “Qarabağ” tutur. Üçüncü pillədə isə dəyəri 13 milyon 380 min avro olan “Sabah” klubu qərarlaşıb.
Qeyd edək ki, Azərbaycan Premyer Liqasının ümumi dəyəri 80 milyon 600 min avro təşkil edir.
Leyla SABİRQIZI
XQ

