Gimnastlarımızın uğurlu çıxışı

post-img

Misirin Qahirə şəhərində keçirilən “Pharaoh’s Cup” beynəlxalq turnirində Azərbaycan yığma komandası uğurla çıxış edib. 

Komandamıza ən yüksək nəticəni qadın gimnastımız Xədicə Abbaszadə qa­zandırıb. Yeniyetmələr arasında (2010-cu il) çıxış edən təmsilçimiz dayaqlı tullan­ma və sərbəst hərəkətlərin icrasında qızıl medala layiq görülüb.

2011-2012-ci il təvəllüdlü yeniyetmələr arasında Leyla Məmmədzadə dayaq­lı tullanma, Aynaz Məcidzadə isə sərbəst hərəkətlərdə fəxri kürsünün ən yüksək pilləsində yer alıblar. Bu yaş kateqoriyasında çıxış edən digər gimnastımız Albi­na Alieva sərbəst hərəkətlərdə gümüş, dayaqlı tullanmada bürünc medala sahib çıxıb.

Kişilərdən ibarət Azərbaycan yığma komandasının üzvləri Mənsum Səfərov turnik, Rəsul Əhmədzadə sərbəst hərəkətlər, Aydın Əlizadə isə dayaqlı tullanmada bürünc medallar əldə ediblər. 

Leyla SABİRQIZI, “Xalq qəzeti”

İdman