Dünya çempionatında 2 mükafat

post-img

Azərbaycan millisi 20 yaşadək yunan-Roma güləşçiləri arasında İordaniyanın paytaxtı Ammanda keçirilən dünya çempionatında 1 gümüş, 1 bürünc medal qazanıb. 

Təmsilçimiz Fərid Sadıxlı (55 kq) ikinci, İlkin Qurbanov (60 kq) isə üçüncü yeri tutub. Yekunda 43 xal toplayan yığ­mamız komanda hesabında 9-cu nəticə göstərib. Dünya çempionu adına 162 xalla İran sahib çıxıb.

Leyla SABİRQIZI, “Xalq qəzeti”

İdman